Spa və fitnes

spa-prevSağlam yaşayış tərzi – bu yalnız uzun məsəfələrə qaçış və trenajor zalında intensiv məşqlər deyil. Yaxşı tonus – təbii haldır. Buna yalnız fiziki məşqlərlə relaksasiyanın, idman və istirahətin vəhdəti sahəsində nail olmaq olar.

Təbii ki, müasir avadanlıq, peşəkar heyət və yüksək səviyyəli xidmət – istənilən fitnes və SPA mərkəzinin uğuru üçün mühüm şərtlərdir. Amma, müştərilərə rahatlıq verən təkrarolunmaz mühitin yaradılması, heç də əhəmiyyətsiz deyil.

Astoria Baku fitnes və SPA mərkəzində hotelin qonaqlarının rahatlığı və sağlamlığı üçün tələb olunan bütün şərait yaradılmışdır. Burada dünyanın qabaqcıl istehsalçılarından fitnes və SPA avadanlıqları, peşəkar və hüsusi biliklərə malik olan personal qonaqlarımızın xidmətindədir.

Xİdmətlər:
  • Fitnes-mərkəzi
  • Sauna, Türk/Buxar hamamı
  • Masaj
  • Spa və sağlamlıq mərkəzi
  • Solyari
  • Üstü bağlı hovuz,(il boyu işləyir)
  • Açıq hovuz (mövsümlər üzrə işləyir)
  • Futbol meydançası
  • Gözəllik salonu
line

Foto qalereya

line