Konfrans zalı

Əziz və hörmətli həmvətənlərimiz və şəhərimizim qonaqları. Biz Sizi “Astoria Baku” hotelin nəzdində fəaliyyət göstərən yeni komfortlu Konfrans mərkəzində salamlamağa şadıq. Burada siz hər şərait və avadanlıqla təhciz olunmuş zallarda treyninq, seminar-simpozium, işgüzar görüşləriniz kimi tədbirləri təşkil etməklə bərabər, kofe-çay fasiləsi, alkoholsuz bufe, qarderob holu və s. bu kimi iaşə xidmətlərindən istifadə edə bilərsiniz. Konfrans mərkəzi “Astoria Baku” hotelinin 8-ci mərtəbəsində yerləşdiyi üçün şəhərə, meşə massivinə və dənizə açılan gözəl mənzərə hüzurundadır.

Bizim Konfrans mərkəzimiz ümumdünya VTO standartlarına uyğun qonaqlarımızın həm işgüzar səfərini həm də təhlükəsizliyinin qorunmasına cavabdehlik daşıyır. Beləki, konfrans mərkəzində hər bir zal və foye yanğın əlehinə avtomatik reaksiya göstərən senror ötürücülərlə təhciz olunub Konfrans mərkəzində həmçinin  havanın daimi təravətliyini təmin etmək məqsədilə hər bir zal ayrı-ayrıliqda müasir isitmə və soyutma sistemləri ilə təhciz olunub.

Konfrans mərkəzinin “Presidential Hall” adlanan ən böyük zalı müxtəlif iclasların və konfrans simposiumların keçirilməsi üçün ən ideal məkandır. Qonaqlarımız ingilis, alman, fransız, italyan, rus və s. dillərdən sinxron tərcüməçilərin xidmətlərindən də istifadə edə bilərlər. Xüsusi cihazlarla qonaqlar tərcüməni öz dillərində individual olaraq eşidə bilərlər. Həmçinin qonaqların işinin effektiv və səmərəli keçirmə məqsədilə “Presidential Hall” konfrans zalında söz çıxışı üçün tribuna, mikrofonlar, gizli səs vermə cihazları, 3 geniş dioqanallı LCD televizorlar, HD proyektorlar və notbuklar qonaqların ixtiyarına verilir.

Konfrans mərkəzinin “Congress Hall” zalı brifinqlər, seminarlar və treyninqlər üçün nəzərdə tutulub. Zalda proyektorların istifadəsi üçün 3 lövhə və Flip çartlardan istifadə üçün ştativ quraşdırılıb. İşgüzar mühitli bu zal işıqlı və gözəl atmosferə malikdir.

Konfrans mərkəzinin “Senator Hall” zalı işgüzar və rəsmi görüşlərin keçirilməsi üçün əlverişli zaldır. Bu zal ciddi və eyni zamanda səliqəli interyeri ilə seçilir. Rahat lakin eyni zamanda işgüzar stilli mebel və oturacaq dəsti zalın özünə məxsus dizayna malik olduğunu vurğulayır.

Bizim bütün zallarımızda su dispenserləri, kseroks, printer, skaner, proyektor və digər ofis avadanlığı yerləşdirilib və bu avadanlıq qonaqlarımızın istifadəsinə verilib. Beləliklə, işgüzar görüşlər, treyniqlər, seminarlar üçün Konfrans Mərkəzimiz sizin ixtiyarınlzdadır.